TİFLİSDƏ MEDALSIZ QALDIQ

TİFLİSDƏ MEDALSIZ QALDIQ
Cüdo
27 Mart 2016 - 19:08
Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə qran-pri yarışına yekun vurulub.

Supersport.Az xəbər verir ki, yarışın sonuncu günündə tatami üzərinə 5 cüdoçumuz çıxıb.

Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) medallar uğrunda mübarizə aparıb. Lakin təmsilçilərimizdən heç biri uğur qazana bilməyib.

Beləliklə, cüdo üzrə milli komandamız Tiflis qran-prisini medalsız başa vurub.

Qeyd edək ki, 67 ölkədən 395 (231 kişi, 164 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 12 idmançı ilə təmsil olunurdu.

Digər xəbərlər