SPARTAKİADADA ƏN GÜCLÜ KOMANDA MÜƏYYƏNLƏŞDİ

SPARTAKİADADA ƏN GÜCLÜ KOMANDA MÜƏYYƏNLƏŞDİ
Digər, Basketbol
13 Mart 2016 - 14:32
Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil olan oğlanlar arasında basketbol yarışının final oyunları keçirilib.

Yarışda 9 rayon komandası tərkibində 108 nəfər iştirak edib. Yarışın nəticəsinə görə I yeri Nəsimi rayonunu təmsil edən Bakı Anadolu Türk Liseyinin komandası, II yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası, III yeri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin komandası, IV yeri Yasamal rayonunu təmsil edən Bakı Avropa Liseyinin komandası, V yeri Nizami rayonu 229 nömrəli tam orta məktəbin komandası, VI yeri Nərimanov rayonunu təmsil edən Ankara Liseyinin komandası, VII yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası, VIII yeri Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin komandası, IX yeri Binəqədi rayonu 115 nömrəli tam orta məktəbin komandası, X – XI yerləri Səbail və Xəzər rayonlarının komandaları tutublar. Yarışları respublika dərəcəli hakim Aydın Ağaəliyevin rəhbərliyi ilə hakimlər kollegiyası idarə edib.

XXVIII spartakiadanın şahmat, stolüstü tennis və basketbol (oğlanlar) növləri üzrə yarışlarından sonra Xətai rayonu 10 xalla I yeri, Nəsimi rayonu 12 xalla II yeri, Sabunçu rayonu 13 xalla III yeri, Nizami rayonu 14 xalla IV yeri, Yasamal rayonu 15 xalla V yeri, Nərimanov rayonu 17 xalla VI yeri, Qaradağ rayonu 19 xalla VII yeri, Suraxanı rayonu 21 xalla VIII yeri, Binəqədi rayonu 22 xalla IX yeri, Səbail rayonu 29 xalla X yeri və Xəzər rayonu 38 xalla XI yeri tutur.

Digər xəbərlər