"Ən böyük təhlükə oyunun final olduğunu unutmaqdır"

"Ən böyük təhlükə oyunun final olduğunu unutmaqdır"
Futbol
09 İyun 2023 - 23:44
Supersport.Az xəbər verir ki, "Mançester Siti"nin müdafiəçisi Ruben Diaş Çempionlar Liqasının finalında "İnter"lə oyundan gözləntilərini bölüşüb.

"Ən böyük təhlükə oyunun final olduğunu unutmaqdır. İnsanlar bizim qeyd-şərtsiz favorit olduğumuza əmindirlər. Meydanda olana qədər favorit ola bilmərik. Buna psixploji cəhətdən hazır olmasaq, uğursuzluğa düçar olarıq.
Biz təzyiqi sevirik, əzəldən sevirik. Bu, daha yüksəklərə qalxmağa, daha sürətli qaçmağa imkan verir.Bu səviyyəli matçlarda belə lazımdır. Təzyiq olmadan Çempionlar Liqasının finalına çıxmaq qeyri-mümkündür".

Digər xəbərlər