"İnter"in prezidentindən "Man City"yə: "Pul həmişə qalib gəlmir, qorxumuz yoxdur"

Futbol
09 İyun 2023 - 22:21
Supersport.Az xəbər verir ki, “İnter”in prezidenti komandanın Çempionlar Liqasının finalına yüksəlməsindən danışıb.

İtaliya klubu turnirin finalında “Mançester Siti” ilə qarşılaşacaq.

“Düzünü desəm, bu barədə xəyal edirdim. Liqalar arasındakı fərqi başa düşərək, bu məqsədə çatmağın çətin olacağını bilirdim.

Amma futbol maraqlıdır, çünki pul həmişə qalib gəlmir. Onları ideyalar, ehtiras və bacarıqlarla əvəz etmək olar. Ümid edirik ki, sabah da belə olacaq.

“Mançester Siti”yə hörmət edirəm. Bu, əla komandadır. Amma düşünürəm ki, bizim onlara müqavimət göstərməyə imkan verəcək keyfiyyətlərimiz var.

Çempionlar Liqasını qazanmağın necə olacağını çox düşünmüşəm. Sadəcə yuxu görmək belə qeyri-mümkün görünürdü. Amma indi biz finaldayıq və çalışacağıq.

Biz birik. İnzaginin dediyi kimi, bizim qorxumuz yoxdur. Bu oyunu oynaya bildiyimiz üçün həyəcanlıyıq. İnanırıq”, - “İnter”in prezidenti Stiven Çjan Gazzetta dello Sport-a müsahibəsində deyib.

Digər xəbərlər