Hakan Çalhanoğlu: "Oyunda ürəyimizi qoyacağıq, finalda niyə qol vurmayım?"

Hakan Çalhanoğlu: "Oyunda ürəyimizi qoyacağıq, finalda niyə qol vurmayım?"
Futbol
09 İyun 2023 - 20:07
Supersport.Az xəbər verir ki, "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Çempionlar Liqasının finalında "Mançester Siti" ilə oyundan gözləntilərini bölüşüb.

“Finalda qol vurmaq? Niyə də yox? Biz uğur qazanmağı hədəfləyirik, lakin onlar da hazır olacaqlar. Siz məndən yaxşı bilirsiniz ki, Pep rəqib komandanı çox yaxşı təhlil edir. Ümid edirəm ki, qol vura biləcəyəm, amma əsas komandanın qələbəsidir.

Əvvəla, öz ölkəmdə finalda çıxış etdiyim üçün xoşbəxtəm və qürur duyuram, yerli azarkeşlərin məni dəstəkləyəcəyinə əminəm və Türkiyədə kuboku ala biləcəyimə ümid edirəm. Biz bunun asan olmayacağını bilirik, "Siti" çox güclüdür, amma ürəyimizi bu oyuna qoyacağıq.

İstanbuldakı oyun mənim üçün xüsusi, inanılmaz matç olacaq. Əlimdən gələni etmək istəyirəm. Sabah hamımız meydanda bunu edəcəyik. Bilirəm ki, türk xalqı yanımdadır, baryerin o tərəfində İlkay Gündoğan var. Fərq ondadır ki, mən Türkiyə millisində, o, Almaniyada oynayır. Bu qarşıdurmada yeganə türk oyunçu olduğum üçün qalib gəlməyim xalqımız üçün vacib olardı.

Rəqiblərimizi təhlil edib öyrəndik, onların necə oynadığını anlamaq bizim üçün vacib idi. Gücümüzü, ən yaxşı keyfiyyətlərimizi göstərəcəyik. Qorxmamalıyıq, onlar oyunun hər iki mərhələsində çox yaxşıdırlar və biz onlara gücümüzü göstərməliyik. Çempionlar Liqasında həmişə yaxşı oynamışıq.

Mən təzyiq hiss etmirəm. “Barselona” ilə oynadıqdan sonra özümə və komandaya çox güvənirdim. Hər şey yaxşı keçdi və bu, bizi motivasiya etdi. Sabahkı oyundan həzz almaq istəyirəm. Bu, əla oyun olacaq və burada olmaq inanılmaz emosiyadır. Çalışacağam ki, sizi əyləndirim, yaxşı futbol oynayım. Dünən gecə ağlıma gələn son şey bu kuboku qazanmaq idi. Mən bunu uşaqlıqdan arzulayırdım və düşünürəm ki, bu, sabah mümkün olacaq".

Digər xəbərlər