Ramil Şeydayev "Qarabağ"la vidalaşdı: "Sizin üçün çox darıxacağam"

Ramil Şeydayev "Qarabağ"la vidalaşdı: "Sizin üçün çox darıxacağam"
Futbol
05 İyun 2023 - 23:39
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Qarabağ" klubu ilə vidalaşıb.

Supersport.Az-ın məlumatına görə, 27 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabından paylaşım edib.

Forvard Ağdam klubuna təşəkkürünü bildirib:

"Belə ailənin üzvü olduğum üçün xoşbəxt idim. Yaxşı, çətin dönəmlərdə mənə və komandaya dəstək göstərən hər kəsə minnətdaram. Sizə hər məqama görə çox sağ olun deyirəm, sizin üçün çox darıxacağam".

Qeyd edək ki, Ramil Şeydayev 2017/2018 mövsümündə və 2021-ci ildən komandanın uğurları üçün çalışıb. Yenicə başa çatan mövsüm futbolçu 22 qolla bombardir olub.

Digər xəbərlər