Supersport.Az-ın məlumatına görə, iyunun 10-da İstanbulda keçiriləcək UEFA Çempionlar Liqasının final matçının maliyyə baxımından faydası hesablanıb. Türkiyəyə 60 mindən çox turistin gəlişi gözlənilir. “Mançester Siti” – “İnter” finalının 3 gün ərzində türklərə ən azı 75 milyon avro qazandıracağı bildirilir.