"Kəpəz"in legioneri Azərbaycan futbolunda puldan danışdı

"Kəpəz"in legioneri Azərbaycan futbolunda puldan danışdı
Futbol
25 May 2023 - 22:45
"Azərbaycan çempionatında yaxşı legionerlər var. Maaş həddi yoxdur. Düşünürəm ki, bu, böyük bir üstünlükdür".

Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, "Kəpəz" klubunun belaruslu müdafiəçisi Yeqor Xvalko Azərbaycan çempionatından danışarkən belə deyib.

- Azərbaycan çempionatının Belarusdan güclü olduğunu dediniz. Nə qədər?

- Burada "Qarabağ" kimi hər mövsüm avrokuboklarda çıxış edən komanda var. İkinci yeri məşqçisi Murad Musayev olan "Sabah" tutub. Həm də çox güclü klubdur.

Çempionatda yaxşı legionerlər var. Hətta aşağı düşən komandalarda belə. Maaş həddi yoxdur. Meydanda legioner limiti yeddi əcnəbidən çox deyil. Məncə, bu, böyük bir üstünlükdür.

Liqa yavaş-yavaş genişlənir. Bundan əvvəl 8 komanda var idi. Bu mövsüm 10. Söhbət var ki, növbəti sezon 12 klub ola bilər.

Çox sayda gənc futbolçularımız var. Komandamızda icarə əsasında "Qarabağ", "Sabah"dan və gənclərdən ibarət yığmadan futbolçular çıxış edir".

Belaruslu medianın yarışa xüsusi diqqət yetirdiyini bildirib:

"Media turnirə çox diqqət yetirir. Hər oyunda çoxlu jurnalist olur.

İnfrastruktur da yüksək səviyyədədir. "Sumqayıt"dan ayrıldıqdan sonra Aleksey Baqa ilə müsahibəyə baxdım. Hamısı yerində. Əvvəlcə klubda heç nəyimiz yox idi. Amma mövsümün sonuna kimi akademiya üçün baza hazırladılar, məşq meydançaları düzəltdilər. Sadəcə, stadionda problem var. Bütün digər komandaların yaxşı stadionları və bazaları var".

Digər xəbərlər