Supersport.Az xarici mətbuata istinadla xəbər verir ki, PSJ müdafiəçi Serxio Ramosla yeni müqavilə bağlamaq istəyib. .
Fransa klubu ispaniyalıya maaşını 50% azaltmağı və hazırda aldığı qədər pul qazanmasına imkan verəcək bonuslar təklif edib.
Futbolçu bu şərtlərlə razılaşmayıb, indi digər komandalardan təklif gözləyir. Seçimlərdən biri Səudiyyə Ərəbistanıdır.
Müdafiəçinin PSJ-də ildə təxminən 11 milyon avro aldığı bildirilir.