Fransada korrupsiya: Milli Olimpiya, İdman Komitəsinin prezidenti istefa verdi

Fransada korrupsiya: Milli Olimpiya, İdman Komitəsinin prezidenti istefa verdi
Digər
25 May 2023 - 23:00
Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, Fransada MOK-un rəhbəri Bricit Enrikes korrupsiya şayiələri fonunda istefa verib. Fransa Olimpiya Komitəsinin (CNOSF) rəhbəri Bricit Enrikes keçmiş CNOSF prezidenti Denis Massella təşkilatdakı "maliyyə anomaliyaları" barədə danışdıqdan sonra vəzifəsini tərk edib.

Bricit Enrikes Parisdə 2024-cü ildə keçiriləcək Yay Oyunlarına 1 il qalmış postundan istefa vermək məcburiyyətində qalıb.

Massella 2009-2021-ci illərdə Fransa Olimpiya Komitəsinə rəhbərlik edib.

Daha sonra onu CNOSF-nin ilk qadın prezidenti Enrikes əvəz etmişdi.

May ayında Massella Fransa Maliyyə Prokurorluğuna CNOSF tərəfindən korporativ aktivlərdən sui-istifadə halları ilə bağlı şikayət vermək niyyətində olduğunu açıqlamışdı. O, bildirmişdi ki, təşkilatın aktivlərində "maliyyə anomaliyaları" müşahidə olunur. Eyni zamanda Massella Enrikesi istefaya çağırsa da, o, bundan imtina etmişdi.

"Bu gün Maison du Sport Français-də keçirilən CNOSF Baş Assambleyasının açılışında Bricit Enrikes Fransa Milli Olimpiya və İdman Komitəsinin prezidenti vəzifəsini tərk etmək qərarını açıqladı". CNOSF mayın 25-də yaydığı  məlumatında belə qeyd edib.

Qurumun baş katibi Astrid Qyuyard yaxın üç ayda yeni prezident seçilənə qədər bu vəzifəni icra edəcək. Yeni rəhbər Direktorlar Şurasının üzvləri arasından seçiləcək.

2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. CNOSF-in 2024-cü il Olimpiadasının Təşkilat Komitəsi ilə əlaqəsi yoxdur.

Bricit Enrikes, daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinə (BOK) "psixoloji zorakılıqda" ittiham etdiyi keçmiş baş katib Didye Semine ilə uzun müddətdir davam edən mübahisə fonunda CNOSF-in korrupsiya sxemlərinə daxili yoxlama aparmağı xahiş edib. Semine isə öz növbəsində ittihamları böhtan adlandırıb. Enrikesin sələfi Denis Massella ilə də fikir ayrılığı olub.

Enrikes, Semineni "psixoloji zorakılıqda" ittiham etdikdən sonra iki aylıq xəstəlik məzuniyyətindən sonra ötən ilin dekabr ayında vəzifəsinə qayıtmışdı.

Digər xəbərlər