Zinəddin Zidan Səudiyyə Ərəbistanında işləməkdən imtina edib.
Supersport.Az “Foot Mercato”ya istinadən məlumat verir ki, “Əl-Nəsr” “Real Madrid”in keçmiş baş məşqçisinə 2 il üçün 150 milyon avro təklif edib. Lakin Zidan bunu qəbul etməyib. O, Avropanın ən yaxşı 5 liqasının klublarının onunla əlaqə saxlamasını gözləyir.
Zidan 2021-ci ildə “Real Madrid”dən ayrıldıqdan sonra klubsuz qalıb.
“Əl-Nəsr” hazırda 28 oyundan sonra 63 xalla Səudiyyə Ərəbistanı liqasının turnir cədvəlində 2-ci yerdədir. Ər-Riyaddan olan komandanın müvəqqəti baş məşqçisi Dinko Yeliçiçdir.
“Real Madrid”də Zidanın çalışdırdığı hücumçu Kriştiano Ronaldo indi “Əl-Nəsr”də çıxış edir.