Supersport.Az xəbər verir ki, buzda xokkey üzrə dünya çempionatında 1/4 finalın iki oyunu keçirilib.
ABŞ yığma komandası turnirdə məğlubiyyətsiz davam edir. Amerikalılar 3 qolla Çexiyaya qalib gələrək yarımfinala yüksəliblər.
İkinci oyunda gözlənilməz nəticə qeydə alınıb.
Qrupunda qalib gələn İsveçrə Almaniyaya 1:3 hesabı ilə uduzub.
İsveç – Latviya, Kanada – Finlandiya matçları da keçiriləcək.