Joze Mourinyo: "Məni Avroliqanın finalı düşündürür, "Fiorentina"yla yoldaşlıq oyunu yox"

Joze Mourinyo: "Məni Avroliqanın finalı düşündürür, "Fiorentina"yla yoldaşlıq oyunu yox"
Futbol
25 May 2023 - 21:59
Supersport.Az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Liqasının finalında "Sevilya" ilə qarşılaşacaq "Roma"nın baş məşqçisi Joze Mourinyo bütün diqqətini bu oyuna yönəltdiyini bildirib.

Matç mayn 31-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Təcrübəli mütəxəssis komandasının İtaliya çempionatında "Fiorentina" matçını yox, "Sevilya" ilə oyunu düşündüklərini deyib.

"Diqqətim yalnız final oyunudur. "Fiorentina" ilə matç yoldaşlıq oyununa bənzəyir. Bu haqda heç nə düşünmürəm. Kuboku qazanmaq üçün çox şey etdik, hazırlaşmaq asan olacaq. "Ludoqorets", "Helsinki", "Betis" kimi komandalarla oynadıq, biz uduzsaydıq kubokdan kənarda qalacaqdıq. Çempionlar Liqasından "Zalsburq", yaxşı mövsüm keçirən "Real Sosyedad", "Feyenoord", "Bayer" kimi fərqli komandalarla mübarizə apardıq. Avropa Liqasının finalında qalib gəlib kuboku qazanmaq istəyirik".

Mourinyo, gələcəyi ilə bağlı suallara cavab verən zaman hazırda bu barədə düşünmədiyini, yalnız özü üçün deyil, oyunçular və azarkeşlər üçün bu finalı oynamağın vacibliyini vurğulayıb.

Roma klubunda Türkiyə yığmasının üzvü Zeki Çelik də çıxış edir.

Qeyd edək ki, "Roma" mayın 27-də "Fiorentina", 31-də isə "Sevilya" ilə qarşılaşacaq.

Digər xəbərlər