Göz yaşlarıyla meydandan çıxdı

Göz yaşlarıyla meydandan çıxdı
Futbol
25 May 2023 - 11:25
İspaniya La Liqasının 36-cı turunda "Xetafe" səfərdə "Real Betis"i qəbul edib.

Supersport.Az xəbər verir ki, Türkiyə yığmasının üzvü Enes Ünal oyuna ilk 11-də başlayıb və matçda uğursuz zədə alıb.

Matçın 7-ci dəqiqəsində yerdə qalan 26 yaşlı futbolçu ağrıdan yerdə qalıb. Müdaxilələrə baxmayaraq, oyunu davam etdirə bilməyən Enes, meydanı göz yaşları içində tərk edib.

Bu mövsüm "Getefe" ilə La Liqa və Kral Kubokunda ümumilikdə 37 matça çıxan Enes Ünal 15 qol vurub, 5 məhsuldar ötürmə edib.

Digər xəbərlər