Səudiyyə Ərəbistanı çempionatının 28-ci tur oyununda “Əl-Nəsr” “Əl-Şabab”ı 3:2 hesabı ilə məğlub edib.
Supersport.Az xəbər verir ki, qalib komanda əvvəlcə hesabda 2 top fərqi ilə geridə olsa da, geridönüş edib. “Əl-Nəsr”ə 59-cu dəqiqədə Kriştiano Ronaldo qələbə qazandırıb.
Ronaldo qoldan sonra səcdə etməklə diqqəti cəlb edib.