Eksklüziv: Məşhur pəhləvanımız Eldəniz Əzizlidən xoş xəbər

Eksklüziv: Məşhur pəhləvanımız Eldəniz Əzizlidən xoş xəbər
Digər, Eksklüziv, Güləş
24 May 2023 - 20:09
Supersport.Az-a açıqlamasında yunan-Roma güləşi üzrə ikiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli ciddi zədəsi haqda danışıb. Məşhur pəhləvan nə qədər çətin olsa da, müalicə olunduğunu, fərdi məşqlər etdiyini bildirib.

”Son Avropa çempionatının finalında aldığım zədə ciddidir. Sinə nahiyəm, döş qəfəsində sınıq aşkar olundu. Vətənə döndükdən sonra müalicə olunuram, bərpa prosesi gedir. Gündə bir dəfə ehtiyatla fərdi məşq edirəm ki, mənfi təsir etməsin. Milli komandanın isə hazırlığına qatıla bilmirəm. Bir aydır ki, müalicə olunuram. İnşəAllah bir həftə sonra millinin hazırlğına qoşula biləcəyəm və iyunda yığma komandamızın Göygöldə keçirəcəyi təlim-məşqində iştirak edəcəyəm”.

Digər xəbərlər