27-ci kuboku "Baku Fire" qazandı

27-ci kuboku "Baku Fire" qazandı
Futbol
24 May 2023 - 15:48
Supersport.Az xəbər verir ki, futzal üzrə Azərbaycan Kubokunda 2022/2023-cü il mövsümünə yekun vurulub.

Bakı İdman Sarayında qalib adı uğrunda Yüksək Liqanın gümüş və bürünc medalçıları - “Neftçi” İK və “Baku Fire” komandaları qarşılaşıb. “Baku Fire” 5 qolla qalib gəlib.

”Neftçi” - “Baku Fire” 0:5

Ümumilikdə indiyə qədər 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.

Digər kubok sahiblərindən EKOL 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 və “Marafon Futsal” 2017/18 mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümün koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.

 

Digər xəbərlər