Supersport.Az Gənclər və İdman Nazirliyinin dəstəyilə Tofiq Bəhramov adına Respublika stadionunda başlanan yenilənmə işlərindən şəkillər təqdim edir.
İdman qurğusundan köhnə ot örtüyü aparılıb, hazırda qazıntı aparılır.
Respublika stadionunda yeni meydança salınacaq, tribunanın yaxınlığı da yenilənəcək.
Yenidənqurma işlərinin iyul və ya avqustda başa çatdırılacağı gözlənilir.
Respublika stadionunda yeniləməylə bağlı “Qarabağ” Çempionlar Liqasında ev oyunlarını Suraxanıda keçirəcək.