Bakıda Rusiya komandası birinci oldu - Foto

Bakıda Rusiya komandası birinci oldu - Foto
Digər, Basketbol, Foto
15 May 2023 - 17:07






Supersport.Az xəbər verir ki, 15 may Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə "Sərhədçi" İdman Mərkəzində, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin final oyunu keçirilib. "LDU" (Rusiya) və "AzTU" (Azərbaycan) komandalarının üz-üzə gəldiyi final oyununa "LDU" tələbələri sürətli başlayıblar və yekunda rəqibinə 82-58 hesabı ilə qalib gələrək beynəlxalq turnirdə birinci olublar. Beynəlxalq yarışın bürünc mükafatlarını isə, 3-cü yer uğrunda oyunda "ADBTİA" (Azərbaycan) tələbələrinə 83-64 hesabı ilə üstələyən "TTK" (Türkmənistan) basketbolçuları qazanıblar.

Qeyd edək ki, beynəlxalq basketbol turnirinin qalibi "LDU" komandasına kuboku Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, "AzTU" kollektivinə gümüş medalları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, "TTK" tələbələrinə bürünc medalları Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Fərrux Mahmudov təqdim ediblər. Turnirin ən dəyərli oyunçusu ( "LDU" - Kiril Lenkin ) (MVP) mükafatını Azərbaycan Texniki Universitetinin prorektoru Rəşad Əliyev təqdim edib.



Digər xəbərlər