Azərbaycan yığması dünyada sonuncu oldu - Foto

Azərbaycan yığması dünyada sonuncu oldu - Foto
Digər, Həndbol, Foto
30 Aprel 2023 - 22:29
Supersport.Az xəbər verir ki, Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında keçirilən kişi həndbolçuların dördüncü dünya çempionatında Azərbaycan millisi biabırçı çıxışla yadda qalıb.

Azərbaycan yığması son oyun günündə Malta seçməsiylə qarşılaşıb. Son 4 ildə millimizə 3 oyunda məğlub olan rəqib komanda bu dəfə qalib gəlib: 31:20. Altı ildən sonra 10 məğlubiyyətin ardından ilk qələbəsini qazanan Malta 11-ci yeri tutub. Azərbaycan yığması isə sonuncu, 12-ci yeri tutmaqla indiyədək dünya çempionatında ən zəif nəticəni göstərib.


Xatırladaq ki, Azərbaycan millisi turnirdəki əvvəlki oyunlarında Bolqarıstana 19:30, Nigeriyaya 17:35, Qvatemalaya isə 20:28 hesabıyla məğlub olmuşdu.

Digər xəbərlər