Argentina milli komandası yoldaşlıq görüşündə Panama yığması ilə üz-üzə gəlib.Supersport.Az xəbər verir ki, paytaxt Buenos Ayresdəki “Monumental Stadionu”nda baş tutan qarşılaşma ev sahiblərini 2:0 hesablı qələbəsi ilə başa çatıb.Matç Argentina seçməsinin kapitanı Lionel Messi üçün əlamətdar olub. 89-cu dəqiqədə fərqlənən PSJ-nin hücumçusu karyerası ərzində 800-cü qolunu vurub.
Messi Kriştiano Ronaldodan sonra 800 qol vuran ikinci futbolçu olub. Portuqaliyalı ulduz bu göstəriciyə 2021-ci ilin dekabr ayında imza atmışdı.
Lionel Messi 672 qolu “Barselona”nın heyətində vurub. PSJ-də 30 dəfə fərqlənən 35 yaşlı hücumçu 98 dəfə isə Argentina yığmasının forması ilə qol sevinci yaşayıb.
Supersport.Az saytı 2009-cu ildə təsis olunub.
Yarandığı gündən sayt ölkəmizin idman həyatını, həmçinin idmançılarımızın mötəbər yarışlarda uğurlu çıxışını yüksək səviyyədə təqdim edib.
Supersport.Az Mətbuat Şurasının üzvüdür.
Saytımızın fəaliyyətinin məntiqi nəticəsi olaraq həm respublikamızın, həm də xarici ölkələrin mətbuat orqanları portalımızın məlumatları və videogörüntülərindən faydalanıb.
Supersport.Az-ın internet (youtube) kanalının hazırda 41 mindən 500-dən çox abunəçisi var və 8 milyon 500 mindən artıq baxış olub. Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediası saytımızın videogörüntülərindən istifadə edib. Ölkəmizə faydalı olması üçün hətta videoçəkilişlərimiz UEFA-ya da göndərilib.
Supersport.Az yaxın gələcəkdə böyük planlar həyata keçirməyə, daha böyük uğurlar əldə etməyə çalışacaq.