Türklərin məşqçisindən ermənilərə cavab: "Beynimdə məğlubiyyəti düşünmürəm"

Türklərin məşqçisindən ermənilərə cavab: "Beynimdə məğlubiyyəti düşünmürəm"
Futbol
24 Mart 2023 - 22:23
"FİFA reytinqinə baxanda Millətlər Liqası ilə qitə çempionatı arasında fərqi görmək mümkündür. Bizim məqsədimiz Almaniyada keçiriləcək Avropa çempionatına getməkdir".

Supersport.Az xəbər verir ki, Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz Avro-2024-ün seçmə mərhələsində Ermənistanla oyun öncəsi keçirilən mətbuat konfransında belə deyib.




Alman mütəxəssis rəqib haqda danışıb:


"Koronavirus vaxtı İspaniya oyun tərzi erməni futboluna daha çox təsir etdi. Lakin bundan sonra baş məşqçiləri dəyişdi və komanda daha da gəncləşdi. Rəqibin Rusiya U21-də və ya "Bayer-2"də çıxış etmiş oyunçuları var. Ona görə də öz təhlilimi bir kənara qoyub, komandama diqqət edirəm. Ən yaxşı şəkildə oynamağa çalışacağıq".





Stefan Kuntz erməni müxbirin "Məğlub olsanız, ölkənizə necə qayıdacaqsınız?" sualını belə cavablandırıb: "Mən beynimdə o ssenarini düşünmürəm".

Digər xəbərlər