İstanbulda keçirilən “Fənərbağça” – “Zenit” xeyriyyə matçı qalmaqalsız ötüşməyib.
Supersport.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Şükrü Saracoğlu” arenasının tribunalarında azarkeşlər arasında yaranan qarşıdurmaya polis müdaxilə edib. Aqressivliyi ilə seçilən 3 rusiyalı fanat stadondan çıxarılıb.
Qeyd edək “Fənərbağça” – “Zenit” oyunu 2-2 hesabı ilə nəticələnmişdi.