“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Supersport.Az xəbər verir ki, portuqaliyalı hücumçu özünün sosial şəbəkədəki hesabında yazıb: “Bütün müsəlmanların Ramazan ayı mübarək olsun!”.
Qeyd edək ki, Ramazan ayı bu gündən başlayıb və aprelin 21-ə kimi davam edəcək.