Türkiyə Superliqasında növbəti derbilərin vaxtı açıqlanıb.
Supersport.Az xəbər verir ki, 27-ci turun “Fənərbağça” – “Beşiktaş” qarşılaşması aprelin 2-də oynanılacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
32-ci turun “Beşiktaş” – “Qalatasaray” görüşü isə aprelin 30-da olacaq. Matç 20:00-da başlayacaq.