Türk futbolçudan serb oyunçuya tarixi etiraz - Foto

Futbol, Foto
22 Mart 2023 - 11:51

Məsələ burasındadır ki, Niderland çempionatında keçirilən son tur oyunlarında zəlzələdən ziyan çəkən Türkiyə və Suriyaya dəstək məqsədilə kapitanlar xüsusi bazubənddən istifadə ediblər. Duşan Tadiç bu addımı atmayıb. Türk futbolçu Orkun Kökçü “Ayaks”la matçda serb oyunçu Tadiçi pərt edib, əlini sıxmayıb.
Xatırladaq ki, “Feyenoord” 26-cı turda “Ayaks”ı 3:2 hesabıyla məğlub edib. Rotterdam klubu 61 xalla liderdir, Amsterdam təmsilçisini 6 xal geridə qoyur.