“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo klubunda növbəti qolunu vurub.
Supersport.Az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda “Əbha”ya 2:1 hesabı ilə qalib gəldikləri matçda fərqlənib. 38 yaşlı hücumçu 79-cu dəqiqədə komandasının qələbə qolunun müəllifi olub. Beləliklə, Ronaldonun üç matçlıq qolsuzluq seriyası qırılıb.
“Əl-Nəsr” – “Abha” – 2:1
Qollar: Adam, 26 (0:1), Ronaldo, 78 (1:1), Taliska, 86-pen. (2:1)
Qeyd edək ki, “Əl-Nəsr” ölkə çempionatında 49 xalla 2-cidir. Komanda lider “Əl-İttihad”dan 1 xal geri qalır.