Fərid Qayıbov çempionatı izlədi

Fərid Qayıbov çempionatı izlədi
Digər, Həndbol
26 Fevral 2023 - 09:00
Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar keçirilib.

Supersport.Az xəbər verir ki, yarışın 15-ci turuna RİOEUGİM – “İdman Akademiyası” görüşü ilə start verilib.

Meydançaya favorit qismində çıxan “İdman Akademiyası” komandası fasiləyədək qazandığı üstünlüyü sonadək qoruyaraq 41:26 hesabı ilə qələbə çalıb.

“Bakı” - “Məhsul” görüşü uzun müddət yaddaşlarda qalacaq anlarla zəngin olub. Həndbolçular meydana böyük coşğuyla dəvət olunub. Çoxsaylı azarkeşin də toplaşdığı “AHF Arena”da bu maraqlı mübarizəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, həndbol federasiyanın prezidenti Saleh Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva izləyiblər.

Nominal ev sahibi rəqibə ciddi müqavimət göstərməyə çalışsa da, əzmkarlıq öz bəhrəsini verməyib. Dəstək qrupunun müşayiət etdiyi görüş “Məhsul”un 34:26 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşü  beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişi və Ernest Ağakişi idarə ediblər. AHF-nin nümayəndəsi kimi beynəlxalq dərəcəli hakim İsgəndər Əsgərov fəaliyyət göstərib.

Bu nəticələrdən sonra inamla çempionluğa doğru irəliləyən “İdman Akademiyası” komandası 30 xalla turnir cədvəlinə başçılıq edir. 3 oyun az keçirən “Təhsil” və “Dinamo” komandaları müvafiq olaraq 21 və 18 xal toplayaraq ikinci-üçüncü yerləri bölüşürlər. Aktivində 17 xal olan “Məhsul” komandası 4-ci pillədədir. “Bakı”nın aktivində isə cəmi 1 xal var.

Digər xəbərlər