Türkiyədə 1000 itki - UEFA-dan, məşhur klublardan zəlzələ paylaşımı

Türkiyədə 1000 itki - UEFA-dan, məşhur klublardan zəlzələ paylaşımı
Futbol
06 Fevral 2023 - 17:37
Supersport.Az xəbər verir ki, UEFA Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib.

Qurumun və Avropa futbol ictimaiyyətinin Türkiyə və Suriya xalqının, həmçinin hadisədən zərər çəkənlərin yanında olduğu vurğulanıb.

"Real Madrid", "Barselona" və başqa klublar qardaş ölkəyə dəstək olublar.


"Barcelona"nın Türkiye hesabından yapılan paylaşımda isə "FC Barcelona olarak Türkiye'deki deprem felaketinde yakınlarını kaybedenlere başsağlığı, yaralılara acil şifalar diliyoruz. Kalbimiz Türkiye ile birlikte" ifadələrinə yer verilib.


 


Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ Şərqi Aralıq Dənizi regionunda, Suriyada, Livanda, İraqda və Kipr adasında hiss olunub. İtaliya ölkənin cənubunda sunami təhlükəsi elan edib. Yeraltı təkanlar nəticəsində Türkiyədə 1014, Suriyada isə 427 nəfər həlak olub.

Digər xəbərlər