Yanvarda “Qarabağ”dan ayrılaraq “Ferensvaroş”a keçən Kvabena Ovusu ciddi xəsarət alıb.
Supersport.Az xəbər verir ki, qanalı hücumçu Macarıstan çempionatının 18-ci turunda “Uypeşt”lə matçın (3:1) sonlarında top uğrunda mübarizə zamanı ağır zədələnib. Futbolçu meydanı xərəkdə tərk edib.
K.Ovusu 61-cı dəqiqədə oyuna daxil olub və matçın sonlarında qolkiper Nikoliks Ovusuya güclü zərbə vurduğu üçün meydandan qovulub.
Onun son durumu tibbi müayinədən keçdindən sonra müəyyənləşəcək.