Qurban Qurbanovdan "Bayer"in qapıçısıyla bağlı açıqlama - Video

Qurban Qurbanovdan "Bayer"in qapıçısıyla bağlı açıqlama - Video
Futbol, Eksklüziv, Video
30 Yanvar 2023 - 22:39
Supersport.Az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Bayer" (Leverkuzen) klubunun rusiyalı qapıçısı Andrey Lunyovu heyətə cəlb edə bilmədiklərini deyib.

Almaniya təmsilçisi buna razılıq verməyib.

"Çox qolkiperlə maraqlanırıq. Lunyovun transferi böyük ehtimalla alınmayacaq. O qapıçının üzərinə ciddi düşmüşdük. Siyahıda qolkiperlərin sayı həddindən artıq çoxdur. Bütün cəhdləri etmişik və axtarış davam edir. Qarşıdakı günləri gözləyirik" - deyə, təcrübəli mütəxəssis Qurban Qurbanov bildirib.

Digər xəbərlər