"Qarabağ" onu satır: 750 min qazanacaq

"Qarabağ" onu satır: 750 min qazanacaq
Futbol
27 Yanvar 2023 - 22:51
Supersport.Az xəbər verir ki, "Qarabağ"dan ayrılmağı düşünən qanalı hücumçu Kvabena Ovusu karyerasını "Ferentsvaroş"da davam etdirəcək. 25 yaşlı futbolçu artıq növbəti həftə Macarıstana gedərək yeni klubu ilə müqavilə imzalayacaq.

"Qarabağ" Ovusunun transferindən gəlir qazanacaq. "Ferentsvaroş" afrikalı üçün Ağdam təmsilçisinə 750 min avro ödəyəcək.

Kvabena Ovusu "Qarabağ"a 2020-ci ilin yanvar ayında "Leqanes"dən gətirilib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 34 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər