Klopp - 1000

Klopp - 1000
Futbol
22 Yanvar 2023 - 09:19
"Liverpul"un baş məşqçisi Yürgen Klopp karyerasında 1000-ci oyununa çıxıb.

Supersport.Az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutan "Çelsi" ilə matçda olub.

Məlumatı klubun rəsmi saytı yayıb. Klopp "Liverpul"u 411 oyuna çıxarıb. O, daha öncə çalışdırdığı komandalardan "Maynts"la 270, Dortmund "Borussiya"sı ilə 319 dəfə oyuna çıxıb.

Xatırladaq ki, "Liverpul" – "Çelsi" matçında hesab açılmayıb.

Digər xəbərlər