Argentina yığması 52 milyon dollar qazandı

Argentina yığması 52 milyon dollar qazandı
Futbol, Eksklüziv
20 Dekabr 2022 - 09:00
Supersport.Az-a Fransa yığmasını məğlub edərək üçqat dünya çemponu olan Argentinanın qazancı məlum olub.

Qalib ölkə 52 milyon dollar gəlir əldə edib.

Argentina futbol qurumu oyunçularına hər birinə 1 milyon 300 min avro verib.

FİFA çempion komandaya 42 milyon dollar ödəyib.

Argentina finala kimi 30 milyon, birinci yer üçün 12 milyon dollar qazanıb.

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 10 milyon ödəniş edəcək.

Fransa ikinci pilləni tutduğundan 38 milyon, Xorvatiya 16 milyon dollar qazanca sahib çıxıb.

Qətərdəki yarışda mükafatın məbləği 4 il əvvəl Rusiyada paylanan mükafatdan 29 faiz çox olub.

Dünya çempionatının iştirakçı komandalarının hərəsinə 9 milyon dollar verilib.

Digər xəbərlər