Tanınmış idman xadimi Cavanşir Qurbanov şəhidlərin övladlarını qucaqladı - Video

Tanınmış idman xadimi Cavanşir Qurbanov şəhidlərin övladlarını qucaqladı - Video
Digər, Eksklüziv, Video
07 Dekabr 2022 - 13:00
Supersport.Az-ın məlumatına görə, əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş 15 yaşadək yeniyetmələr arasında sərbəst güləş üzrə Bakı şəhər turniri təşkil olunub.

Fotoğraf açıklaması yok.

Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilir

Azərbaycan Texniki Universitetinin idman zalında gerçəkləşən tədbirdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin rəsmiləri, millət vəkilləri, paytaxtın rayon İcra Hakimiyyətlərinin başçıları, idman ictimaiyyətinin nümayəndələri, həmçinin şəhid ailələri fəxri qonaq qismində iştirak ediblər.

İlk olaraq şəhidlər bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.


Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək Cavanşir Qurbanovun həyatını güləşə həsr etdiyini, bu sahənin inkişafına töhfə verdiyini, ondan çox şey öyrəndiklərini deyib.

MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev əvvəlcə Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib:

"Cavanşir müəllim Azərbaycan idmanının görkəmli şəxsiyyətlərindən biridir. O, ölkəmizdə güləş idman növünün bünövrəsini qoyan şəxslərdəndir".

MOK rəsmisi ardından qurumun adından xatirə hədiyyəsi təqdim edib.

MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev güləşə Cavanşir Qurbanovun rəhbərliyi altında başladığını xatırladıb:

"Cavanşir müəllim Avropa və dünya çempionu olmağımda önəmli rol oynayıb. Allah bizə onun 100 yaşını görməyi nəsib etsin".

İdman xadimi Cavanşir Qurbanov şəhidlərin övladlarını qucaqlayıb, onlara ürək sözlərini çatdırıb.

Tədbirin təşkilatçılarına təşəkkür edən yubilyar, yarış üçün Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə, həmçinin Azərbaycan Güləş Federasiyasına minnətdarlığını bildirib:

"Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Şəhidlərimiz bizə bu əmin-amanlığı bəxş ediblər. Həmişə onları yad etməliyik".

Qeyd edək ki, yarışda paytaxtın müxtəlif idman cəmiyyətlərini və klublarını təmsil edən 100-ə yaxın sərbəst güləşçilər 38 kq, 44 kq, 52 kq, 62 kq və 75 kq çəki dərəcələrində qüvvələrini sınayıblar. Turnirin nəticələrinə əsasən, Sadiq İsmayılov (38 kq), Fəqan Fətiyev (44 kq), Şöhrət Ocaqov (52 kq), Əli Hacıyev (62 kq) və Turqut Çıraqov (75 kq) qalib olublar.



Qalib və mükafatçılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Digər xəbərlər