Dünya çempionatında müsəlmanların sayı artdı - Video

Dünya çempionatında müsəlmanların sayı artdı - Video
Futbol, Digər, Foto
27 Noyabr 2022 - 20:25
Supersport.Az-ın məlumatına görə, Qətərdə təşkil olunan Dünya Kubokunda İslam dini təbliğ olunur. Bunun nəticəsi olaraq bəzi xristian azarkeşlər müsəlman olmağa qərar veriblər. Dörd gündə 332 insanın bu addım atdığı bildirilir.


Braziliyadan olan 6 nəfərlik ailə və meksikalı fanat İslam dinini seçib.

Qətər vətəndaş Allaha inanmağın, İsa (ə.s-la) yanaşı, bütün peyğəmbərləri qəbul etməyin vacibliyini bildirib.

Könüllü olaraq müsəlman olduğunu deyən meksikalı azarkeşə ingiliscə Qurani-Kərim hədiyyə olunub. Meksikada 8 mindən artıq İslam dinini qəbul edənin olduğu bildirilir.

Qətərli müsəlmanın köməyilə Braziliyadan olan ana, ata, 3 qız, 1 oğlan Kəlimey-Şəhadəti deyir.

Cümə günü Qətərdə Uels - İran oyunundan əvvəl "Əhməd Bin Ali" stadionunun yaxınlığında çox sayda azarkeş namaz ibadətini icra edib.



 

Digər xəbərlər