"Qarabağ"a rəqib "Qəbələ" oldu

"Qarabağ"a rəqib "Qəbələ" oldu
Futbol
22 Noyabr 2022 - 17:02
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalçılar müəyyənləşib.

Supersport.Az xəbər verir ki, 1/8 finalda I Divizion təmsilçisi "Araz Naxçıvan"la üz-üzə gələn "Qəbələ" 5:0 hesabı ilə qalib gəlib.

"Qəbələ" növbəti mərhələdə "Qarabağ"la üz-üzə gələcək.

Günün ilk oyunlarında "Səbail" MOİK-i 4:0, "Turan Tovuz" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 1/8 finalın "Sabah" - "Qaradağ Lökbatan", "Mingəçevir" - "Zirə" və "Kəpəz" – "Sumqayıt" oyunları noyabrın 23-də olacaq.

 

Digər xəbərlər