Premyer Liqada fantastik qazanc

Premyer Liqada fantastik qazanc
Futbol
27 Sentyabr 2022 - 14:49
İngiltərə Premyer Liqası komandalarının ötən mövsüm televiziya yayımından əldə etdiyi gəlir açıqlanıb.

Supersport.Az xəbər verir ki, iştirakçılar ümumilikdə 2 milyard 526 milyon sterlinq qazanıblar.

Birinci pillədə olan "Mançester Siti" televiziya yayımından 153 milyon sterlinq əldə edib. "Liverpul" 2-ci (151 milyon), "Tottenhem" isə 3-cüdür (146 milyon). Maraqlıdır ki, ötən mövsümü sonuncu pillədə tamamlayan "Norviç Siti" yayımdan 100 milyon sterlinq qazanıb.

İngiltərə Premyer Liqası komandalarının 2021/22 mövsümündə televiziya yayımından əldə etdiyi gəlir:

1. "Mançestr Siti" - 153 milyon sterlinq

2. "Liverpul" - 151 milyon sterlinq

3. "Tottenhem" - 146 milyon sterlinq

4. "Arsenal" - 145 milyon sterlinq

5. "Çelsi" - 145 milyon sterlinq

6. "Mançester Yunayted" - 142 milyon sterlinq

7. "Vest Hem" - 136 milyon sterlinq

8. "Lester" - 128 milyon sterlinq

9. "Nyukasl" - 126 milyon sterlinq

10. "Brayton" - 125 milyon sterlinq

11. "Vulverhempton" - 124 milyon sterlinq

12. "Kristal Pelas" - 120 milyon sterlinq

13. "Aston Villa" - 119 milyon sterlinq

14. "Brentford" - 118 milyon sterlinq

15. "Everton" - 117 milyon sterlinq

16. "Lids Yunayted" - 115 milyon sterlinq

17. "Sauthempton" - 110 milyon sterlinq

19. "Bernli" - 104 milyon sterlinq

19. "Uotford" - 102 milyon sterlinq

20. "Norviç Siti" - 100 milyon sterlinq

Digər xəbərlər