Azərbaycan cüdoçusu 10-cu dəfə dünya çempionu oldu

Azərbaycan cüdoçusu 10-cu dəfə dünya çempionu oldu
Cüdo
08 Sentyabr 2022 - 22:26

Supersport.Az-ın məlumatına görə, bu gün Polşanın Krakov şəhərində usta cüdoçular arasında Dünya çempionatında ilk günün yarışları keçirilib.




M7 kateqoriyası üzrə -90 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən veteran cüdoçumuz Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək Dünya çempionatının qızıl medalını qazanıb. Fərhad Rəcəbli ardıcıl olaraq Ukrayna, Böyük Britaniya və Almaniyadan olan rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.



Bu, idmançımızın usta cüdoçular arasında Dünya çempionatlarında qazandığı 10-cu qızıl medalıdır.

Digər xəbərlər