"Qarabağ" - "Viktoriya" matçına böyük maraq

"Qarabağ" - "Viktoriya" matçına böyük maraq
Futbol
14 Avqust 2022 - 23:19
Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Viktoriya" matçına bilet satışı davam edir.

Supersport.Az xəbər verir ki, bu gün satışa çıxarılan biletlərin 15 mini satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" matçı avqustun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda  keçiriləcək.

Digər xəbərlər