"Zirə" "Kəpəz"ə qalib gəldi - Video

"Zirə" "Kəpəz"ə qalib gəldi - Video
Futbol
05 Avqust 2022 - 21:31
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib.

Supersport.Az xəbər verir ki, turun açılış oyununda "Kəpəz" "Dalğa Arena"da "Zirə" ilə qarşılaşıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olduğu üçün "Kəpəz" ev oyununu Bakıda keçirir.

”Zirə” “Kəpəz”ə 2:1 hesabıyla qalib gəlib.

Qeyd edək ki, turun digər oyunları 6-7-8 avqust tarixlərində keçiriləcək.

5 avqust (cümə)

19:30. “Kəpəz” – “Zirə” 1:2


Qol: Mohamed Hamdaui, 32 (0:1), Mixeil Erqemlidze, 45+1 (1:1), Sertan Taşkın, 90+4 (1:2)


Qırmızı vərəqə: Dmitrios Çantakias, 83-birbaşa qırmızı vərəqə ("Zirə")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov

“Dalğa Arena”

6 avqust (şənbə)

20:00. “Qarabağ” – “Səbail”
“Azersun Arena”


7 avqust (bazar)

17:00.“Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu


19:15. “Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena”


8 avqust (bazar ertəsi)

17:00. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu

Digər xəbərlər