Avropa Liqası: "Qarabağ"ın potensial rəqibi

Avropa Liqası: "Qarabağ"ın potensial rəqibi
Futbol
02 Avqust 2022 - 15:43
Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Supersport.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayan püşk zamanı "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubunun mümkün rəqibi də bəlli olub. Bu cütün məğlubu Avroliqanın pley-off mərhələsində  "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu Avroliqada ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasının pley-offunun matçları 18 avqust və 25 avqust tarixlərində keçiriləcək.

Digər xəbərlər