AFFA-ya etiraz etdi, karyerasını bitirdi

AFFA-ya etiraz etdi, karyerasını bitirdi
Futbol, Eksklüziv
01 Avqust 2022 - 23:51
Supersport.Az-ın əldə etdiyi xəbərə görə, AFFA-nın Hakimlər Komitəsinin türkiyəli sədri Barış Şimşekin bu gün hakimlərlə ilk iclasında xoşagəlməz hadisə baş verib.

Veteran hakim köməkçisi Nahid Əliyev komitənin ədalətsiz qərarlarına etiraz əlaməti olaraq, hakimlikdən imtina etdiyini bildirərək, toplantını tərk edib.



Referilərin iclasında AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in yeni prezidenti Elxan Səmədov da olub.

Xatırladaq ki, Nahid Əliyev əvvəlki avstriyalı sədr Fritz Ştüxlikin rəhbərliyi dövründə haqsızlığa etiraz etdiyi üçün premyer-liqadan birinci diviziona göndərilmişdi.

 

Digər xəbərlər