MOK rəsmisi mükafatlandırıldı

MOK rəsmisi mükafatlandırıldı
Digər
01 Avqust 2022 - 10:53
Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının (EYOF) son günündə Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev Azərbaycan idmançıları ilə görüşüb.

MOK-un mətbuat xidmətindən Supersport.Az saytına verilən məlumata görə, A.Əliyev idmançılara göstərdikləri əzmkarlıq və əldə etdikləri nəticə ilə əlaqədar təşəkkürünü bildirib.

Daha sonra o, medalçılara qurumun xüsusi mükafatını təqdim edib.

Azərbaycan EYOF-da 33 idmançı ilə təmsil olunub. Onlardan yalnız cüdoçular 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

EYOF Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 13 - 18 yaşlı idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir.

Bir məlumatı da bildirək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev mükafatlandırılıb.

O, Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) yarışların yüksək səviyyədə keçirilməsinə töhvə verdiyi üçün Avropa Olimpiya Komitəsinin xüsusi mükafatına layiq görülüb.

Qeyd edək ki, Azər Əliyev EYOF-un Koordinasiya Komissiyasının üzvüdür.

Digər xəbərlər