"Qarabağ" "Sürix"i də kənarlaşdırdı - Video

"Qarabağ" "Sürix"i də kənarlaşdırdı - Video
Futbol, Video
27 İyul 2022 - 23:45
“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Supersport.Az xəbər verir ki, Ağdam təmsilçisi İsveçrədə “Sürix”lə üz-üzə gəlib və matç 2:2 hesabı ilə yekunlaşdığından "Qarabağ" mərhələ adlayıb.

Bu komandalar arasında ötən həftə Bakıda keçirilən ilk matçda "Qarabağ" rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Bu cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün zəifi ilə görüşəcək.

27 iyul

21:00. "Sürix" (İsveçrə) – "Qarabağ" - 2:2

Qollar: Maksim Medvedev, 4-avtoqol (1:0), Kadi Borqes, 50 (1:1), Santini, 90+5 (2:1), Ovusu Kvabena, 98 (2:2)

Hakimlər: Allard Lindhout, Çarlz Sxap, Roy De Nas, Jerön Mansxot (hamısı Niderland)

İsveçrə. “Letsiqrund” stadionu.

İlk oyun - 2:3

Digər xəbərlər