Azərbaycanın naziri idmançıların çıxışına qiymət verdi

Azərbaycanın naziri idmançıların çıxışına qiymət verdi
Digər
25 İyul 2022 - 20:31
İyulun 25-də gənclər və idman naziri Fərid Qayıbov üzgüçülük üzrə gənclər arasında Avropa çempionatının bürünc medalçısı Ramil Vəlizadəni və Ümumdünya Oyunlarının kikboksinq yarışlarının qalibi Bəhram Rəcəbzadəni qəbul edib.

Nazir hər iki idmançını uğurlu çıxışları münasibətilə təbrik edib. Fərid Qayıbov qeyd edib ki, Azərbaycanın üzgüçülük idmanı tarxində ilk dəfə qitə çempionatı medalının qazanılması böyük nailiyyətdir.

Bəhram Rəcəbzadəni Ümundünya Oyunlarında qızıl medal qazanmasının da böyük uğur olduğunu bildirən nazir, hər iki idmançını təbrik edib və qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Səmimi qəbula görə minnətdarlıq edən idmançılar qazandıqları uğur və yarışlara hazırlıq prosesi barədə məlumat veriblər. Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov qarşıdakı yarışlar və əsas hədəflər barədə məlumat verib.

Bir 5 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 7 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Digər xəbərlər