Mehman Allahverdiyev "Kəpəz"in problemlərini qabartdı - Video

Mehman Allahverdiyev "Kəpəz"in problemlərini qabartdı - Video
Futbol, Eksklüziv, Video
17 İyul 2022 - 09:29
Supersport.Az-a açıqlamasında yeni mövsüm premyer liqada mübarizə aparacaq "Kəpəz"in idman direktoru Mehman Allahverdiyev klubun maliyyə, stadion problemi olduğunu bildirib.


"Maliyyə məsələsi həll olunmasa da, nəsə etməyə çalışırıq. Bilirsiniz ki, maddi imkan olmadan iş görmək çətindir. Bu problemi aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik".

Mütəxəssis deyib ki, maliyyə olmadan iddialı komanda formalaşdırmaq mümkün deyil.

"Büdcəmiz hələ ki, müəyyən olunmayıb. Digər tərəfdən, komandamız sıfırdan başlayacaq. Çətinliklər olsa da, normal komanda qurmaq fikrindəyik. 1-2 il sonra yüksək yerlər uğrunda mübarizə apara bilərik".  

"Kəpəz"in rəsmisi Gəncə stadionuyla tam hazır olmadığını söyləyib.

"AFFA nümayəndələri yaxın müddətdə stadiona yenə baxış keçirəcəklər. Məsləhət olsa, ev oyunlarını öz meydanımızda keçirəcəyik. Əks halda bu qarşılaşmaları Bakıda və ya səfərdə keçirmək üçün müraciət edəcəyik".   

Direktor, hazırda komandada Braziliya, Seneqal və Nigeriyadan futbolçuların baxışda olduğunu, baş məşqçi Yaşar Vahabzadənin onlarla bağlı qərar verəcəyini sözlərinə əlavə edib.

Digər xəbərlər