"Qarabağ" 1 milyondan çox qazandı

"Qarabağ" 1 milyondan çox qazandı
Futbol
13 İyul 2022 - 09:39
Supersport.Az-a Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Lex"i mübarizədən kənarlaşdıran "Qarabağ"ın qazancı məlum olub.

Ağdam komandası ilk raundda iştirakına görə 280 min avro (477 min 680 manat) gəlir əldə edib. Azərbaycan çempionu Polşa təmsilçisini yola salaraq, ikinci təsnifat mərhələsinə vəsiqəylə 380 min avroya (648 min 280 manat) sahib olub. Qurban Qurbanovun çalışdırdığı klub hələ ki, 1 milyon 125 min 960 manat qazanıb.

"Qarabağ" ikinci raundda "Sürix"i də yarışdan çıxarsa, hesabına 480 min avro (818 min 880 manat) əlavə edəcək.

Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, 15.64 milyon avroyla (26 milyon 681 min 840 manatla) büdcəsini zənginləşdirəcək.

 

 

Digər xəbərlər