"Qəbələ"nin yeni legioneri məşqə qatıldı

"Qəbələ"nin yeni legioneri məşqə qatıldı
Futbol
06 İyul 2022 - 21:56
2022-2023-cü illər mövsümünə hazırlaşan "Qəbələ" Türkiyədə hazırlığını davam etdirir.

Supersport.Az-ın kluba istinadən məlumatına görə, "qırmızı-qaralar" toplanışın üçüncü gününü bir məşqlə yekunlaşdırıb.

Bir gün öncə "Qaziantep"lə yoxlama oyunu (1:2) keçirən komandanın hazırlığı səhər saatlarında baş tutub. Bərpa xarakterli məşq iki qrupda keçib.

Futbolçuların bir hissəsi fitnes zalda məşq edib. Digər oyunçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər. "Qəbələ"nin yeni transferi Feras Abu Akalda məşq prosesinə qoşulub.

Digər xəbərlər