"Neftçi"dən "Sakaryaspor"la heç-heçə

"Neftçi"dən "Sakaryaspor"la heç-heçə
Futbol
06 İyul 2022 - 18:49
Supersport.Az-ın məlumatına görə, yeni mövsümə hazırlığı Türkiyənin Bolu bölgəsində davam etdirən "Neftçi" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu qardaş ölkənin "Sakaryaspor" klubuna qarşı keçirib.

Azərbaycan klubunun birinci liqa komandasıya matçında qalib müəyyənləşməyib. Oyun 1:1 hesabıyla bitib.

"Neftçi"nin heyətində yeni transfer Qodsvey Donyo fərqlənib.

Laurentsiu Reqekampfın rəhbərlik etdiyi kollektiv Türkiyədə daha 2 yoxlama oyunu keçirəcək. Rəqiblər hələ məlum deyil.

 

Digər xəbərlər